Yoluxma artır: SMS icazə tətbiq ediləcəkmi? (VİDEO)

Yoluxma artır: SMS icazə tətbiq ediləcəkmi?  (VİDEO)

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.

Vəziyyət belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və SMS izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Mütəxəssislər mövcud vəziyyəti qiymətləndirib və çıxış yolları barədə danışıblar. Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir: "Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: "Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır".

Xəbər 32 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR