“Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir” – İşçi qrupun rəhbəri

“Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir” – İşçi qrupun rəhbəri

"Yeni hazırlanan "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də orqan alqı-satqsını qadağan edir”.


Bunu "Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, qanun layihəsini hazırlayan işçi qrupun rəhbəri Musa Quliyevdeyib.

O bildirib ki, qanun layihəsinin mahiyyəti meyitdən donor orqanın götürülməsinin təşkilati-hüquqi əsaslarını yaratmaqdır: "Çünki dünyada orqan donorluğu və transplantasiyası 85-90 faiz meyitdən götürülən orqanlar hesabına həyata keçirilir. Azərbaycanda bu iş qurulmadığına görə transplantasiya yalnız canlıdan götürülən orqanlar vasitəsilə edilir. Azərbaycan qanunvericiliyinə əsasən, canlı donor yalnız qohum olmalıdır. Bu da ona görədir ki, orqan alqı-satqısına yol verilməsin. Biz dünya təcrübəsini öyrəndik, Ümumdünya Səhiyyə Təşkilatlarının tövsiyələrini nəzərə alaraq belə bir yeni qanun hazırladıq. Yeni qanun layihəsinə əsasən, qohum olmayan şəxslər də donor ola bilər. Bu, humanizm prinsiplərinə əsaslanmalıdır. Kimsə öz dostunun və ya yaxın münasibəti olan şəxsin donoru ola bilər. Yəni, yardımın göstərilməsi imkanları yaradılır. Qohum olmayan şəxslər o halda donor ola bilər ki, yaradılacaq Etika Komissiyası rəy versin. Bu komissiya alqı-satqı məsələsini araşdıracaq, belə olan halda müsbət rəy verməyəcək. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir. Komissiyanın tərkibində və işində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakına yol verilmir. Tutaq ki, ictimai, siyasi, mədəniyyət xadimi, yəni tanınmış bir insandır, onun pərəstişkarı kömək etmək istəyir. Bu niyə mümkün olmasın? Məsələn, ailə üzvlərinin orqanları müəyyən səbəblərdən uyğun gəlmir, amma ailənin yaxın dostu var, istəyir ki, lazım olan orqanın bir parçasını ona versin, bu niyə mümkün olmasın ki? Əgər burada qeyri-qanuni əməl, niyyət varsa, cəza tətbiq ediləcək. Burada, hətta cinayət məsuliyyəti də nəzərdə tutulur. Bu işlə hüquq mühafizə orqanları məşğul olacaqlar”.

Xatırladaq ki, hazırda tətbiq edilən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub.

Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR