Yeni İstanbul aeroportundan Bakıya gün ərzində neçə uçuş həyata keçiriləcək?

Yeni İstanbul aeroportundan Bakıya gün ərzində neçə uçuş həyata keçiriləcək?

"Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Türk Hava Yolları" aviaşirkətinin satış direktoru Harun Baştürk deyib.
H.Baştürkün sözlərinə görə, yeni hava limanı ilə bərabər həftə ərzində İstanbuldan Bakıya ümumilikdə 38 uçuş həyata keçiriləcək:
"Bu gündən etibarən Atatürk hava limanından hər gün 4, yeni aeroportdan 1, Sabiha Gökçen hava limanından isə həftə ərzində 3 dəfə olmaqla Bakıya İstanbuldan uçuşlar baş tutacaq. Hələlik uçuşlar bu şəkildə həyata keçiriləcək".
H.Baştürk yeni hava limanından Bakıya olan aviabiletin qiymətini də açıqlayıb:

"Yeni İstanbul aroportundan olan uçuşun qiyməti digər hava limanlarından ucuz başa gələcək. Bakıya hər iki istiqamətə aviabiletin qiyməti 109 avrodur".
Satış direktoru bildirib ki, bu gün baş tutan ilk reysdə Bakıya uçan təyyarənin 90%-i sərnişinlə dolu olub.
Ümumilikdə "Türk Hava Yolları" Türkiyə ilə Azərbaycan arasında indiyədək 340 min sərnişin daşıyıb. H.Baştürkün sözlərinə görə, bu ilin sonuna qədər sərnişinlərin sayının 400 minə çatdırılması planlaşdırılır.
Xəbər 33 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR