Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!

"Azercell Telekom” MMC iPhone 11, iPhone 11 Pro və iPhone Pro Max əldə edən abunəçilərə 6 aylıq Limitsiz İnternet paketi hədiyyə edir


Apple şirkətinin ölkəmizdəki yeganə rəsmi telekom tərəfdaşı "Azercell Telekom” MMC hər zamankı kimi iPhone brendinin pərəstişkarlarını yeni kampaniya ilə sevindirməyə tələsir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercellən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündəbirləşdirən yeni iPhone modellərinin təqdim etdiyi imkanlardan yararlanmaq üçün abunəçilərə əvəzolunmaz fürsət verir. Oktyabr ayının 18-dən etibarən Azercell-in Eksklüziv mağazalarında iPhone 11, iPhone 11 Pro və iPhone Pro Max telefonlarını əldə edən hər bir abunəçiyə 6 ay ərzində Limitsiz İnternet paketi hədiyyə olunacaq.

Rəqəmsal Dünyanın ən son yeniliklərini Azercell ilə kəşf edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/newiphonesəhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR