“Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq” – Nazir müavini

“Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq” – Nazir müavini

Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir”.


"Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələlər almalıdır.

Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

İ.İsayev bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır: "Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq”.

Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR