Yeni doğulan körpəyə vurulan sistem onun bir qolunu iflic edib? - Video

Yeni doğulan körpəyə vurulan sistem onun bir qolunu iflic edib? - Video

Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.
 
Aktual.az xəbər verir ki, valideynlər həkimləri günahlandırır.
 
Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.
 
Bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər.
 
Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar. 

Körpənin valideynləri məsələnin araşdırılmasını və günahkar olan həkimlərin cəzalanmasını tələb edir.
 
Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı açıqlama almaq istəsək də suallarımızı cavablandıran tapılmadı.
 
TƏBİB-dən isə bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Əgər hər hansı bir nöqsan aşkar edilərsə müvafiq tədbirlər görüləcək.
 
Daha ətraflı süjetdə:
]

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR