Yəmən prezidenti istefa verdi

Yəmən prezidenti istefa verdi

Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi istefa verib.

Aktual.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya getməyə və səlahiyyətləri İdarəetmə Şurasına təhvil verməyə məcbur edib.

Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən getməyə razı salmağa çalışaraq, onun korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər. Hazırda prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir.

Qeyd edək ki, aprelin 7-də Yəmən Prezidenti hakimiyyəti yeni yaradılan İdarəetmə Şurasına təhvil verdiyini bildirib. Şuraya Yəməndəki müxtəlif 8 siyasi və hərbi qüvvələrin liderləri, o cümlədən ölkənin cənubundakı separatçı Cənubi Yəmənin Keçid Şurası daxildir. Şuranın yaradılması Ər-Riyadda məsləhətləşmələrdən sonra elan edilib və onun iştirakçıları yeni güc strukturunu husilərlə danışıqlara başlamağa çağırıblar.

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR