Yasamalda karantin rejimi qaydalarına əməl etməyən internet klubunun sahibi cərimələnib

Yasamalda karantin rejimi qaydalarına əməl etməyən internet klubunun sahibi cərimələnib

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib. Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütələvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları aşkar edilib.
İnternet klubunun sahibi paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilib. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfiindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.
Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR