Yaponiyanın yeddi prefekturasında "Haqibis" qasırğasının törətdiyi leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib.
Bu barədə "Report" NHK-ya istinadən xəbər verir.
Xəbərdarlıq Tokio, Naqano, Kanaqava, Saytama, Qumma, Yamanasi və Sidzuoka prefekturalarına aiddir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində Tiba prefekturasında 1nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Xəbər 397 dəfə oxunub.