“Yanardağ” qoruğunda turistlər üçün qiymətlər açıqlanıb

“Yanardağ” qoruğunda turistlər üçün qiymətlər açıqlanıb

"Avqustun 1-dən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu fərqli qiymətlərlə xidmət göstərəcək, xarici vətəndaşlar üçün 9 manat olacaq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, əgər turizm şirkətlərinin uzunmüddətli müqavilə üçün sübutu olsa, onlara köhnə qiymətlər tətbiq ediləcək: "Yerli turistlər üçün qiymət 2 manatdır. Xüsusi olaraq tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur”.
F.Nağıyev deyib ki, hazırda "Yanardağ”a çoxlu turistlər gəlir: "Gün ərzində 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik ki, hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ”la bağlı məlumatlar olsun”.
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR