Xocavənddə tank əleyhinə minalar aşkarlanıb

Xocavənddə tank əleyhinə minalar aşkarlanıb

2019-cu il mayın 15-də saat 11:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xocavənd rayonu, Ağburun adlanan ərazidə 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Agentlikdən bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində  2 ədəd tank əleyhinə TM-57 minası aşkarlanıb. Minaların üzərində partladıcısı olduğundan mayın 16-da yerində zərərsizləşdirilib
Minaların ətrafında  210 kv.m əraziyə yeraltı  baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən  01 yanvar – 16 may 2019-cu il tarixlərində 107 siqnal (əməliyyat çağırışı) əsasında  94 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 8 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,595 ədəd partlamamış hərbi sursat (PHS),  16,236 ədəd müxtəlif çaplı patron,  11 ədəd piyada əleyhinə mina,  7 ədəd tank əleyhinə mina və 29 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 121,865 kv.m ərazi yerüstü və  8,292 kv.m ərazi  yeraltı yoxlanılıb.



Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR