Xocavənddə partlayış: çoban öldü

Xocavənddə partlayış: çoban öldü

Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb.
DİN-in Mətbuat xidmətindən Aktual.az-a bildirilib ki, hadisə bu gün axşam saatlarında rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb. Hadisə nəticəsində E. Hümbətov hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Araşdırma aparılır.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR