XİN: İran nüvə sazişindən mərhələli şəkildə çıxmağı planlaşdırır

XİN: İran nüvə sazişindən mərhələli şəkildə çıxmağı planlaşdırır

"İran  nüvə sazişindən mərhələli şəkildə çıxmağı planlaşdırır.  Lakin əgər  hansısa mərhələdə qarşı tərəf öhdəliyinə əməl edərsə, İran da öncəki öhdəliklərini yerinə yetirəcək”

ONA-nın Tehran bürosunun  məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi deyib.
Bildirib ki, nüvə sazişinin bəzi öhdəliklərinin icrasının dayandırılması elə sazişin öz bəndlərinə əsasən həyata keçirilə bilər. "Biz hələ nüvə sazişindən çıxmamışıq, qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyinə görə biz də cavab addımı atmışıq. Şərtlərə əməl edilməsə, nüvə sazişindən mərhələli şəkildə çıxacağıq".
A. Əraqçi bildirib ki, Avropa ölkələri nüvə sazişinin tələblərinə deyil, ABŞ Xəzinədarlıq Departamentinin tələblərinə əməl edirlər.
O qeyd edib ki, bu gün  dünyada heç kəs İranı Hərtərəfli Birgə Fəaliyyət Planını pozmaqda günahlandıra bilməz.  "Bu vasitələrdən istifadə sazişin qorunması və davam etdirilməsi üçündür, onun pozulması üçün deyil.  Bizim siyasətimiz diplomatiyaya üstünlük vermək və  öhdəliklərində qüsurları olan digər tərəflərə fürsət yaratmaqdır. 60 gün ərzində istəklərimiz yerinə yetirilərsə, biz  öhdəliklərimizi yerinə yetirəcəyik, əks halda   ikinci mərhələni icra edəcəyik.  Bu haqda  qarşı tərəfə məlumat vermişik və onlar bizim nə qədər ciddi olduğumuz bilirlər”.
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR