XİN-in həbs olunan daha bir vəzifəli əməkdaşının ittiham olunduğu maddəlar   AÇIQLANDI

 XİN-in həbs olunan daha bir vəzifəli əməkdaşının ittiham olunduğu maddəlar   AÇIQLANDI

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ittiham olunduğu maddələr açıqlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən İlqar Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

İlqar Əliyev iyulun 9-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı İlqar Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail rayon Məhkəməsinə təqdimat verib.

Hakim Rəna Qafarovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub və İlqar Əliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində elan olunan maddələrdə məlum olub.

Fərhad Molla-zadə, Səlim Əlizadə və Nurupaşa Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR