XİN başçısı: "Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla inkişaf edir"

XİN başçısı:

"Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla inkişaf edir".

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar MəmmədyarovBrüsseldə deyib.
O, "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda keçirilən "Şərq Tərəfdaşlığı"nın 10 ili: Konkret nəticələrin əldə olunmasında uğurlar və çağırışlar" paneli çərçivəsində çıxış edib.
"Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının əsas investorudur, buna görə də hesab edirəm ki, əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparırıq. Açıq deyim ki, proses asan deyil. Mümkün qədər yüksək templərlə danışıqlar aparmağa çalışırıq. Faktiki olaraq, hər həftə sənədin ən qısa müddətdə qəbul edilməsinə yardım edən video-körpülər keçiririk. Hesab edirəm ki, bu sənəd çox vacibdir", - E.Məmmədyarov bildirib.
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR