XİN başçısı: “Azərbaycan böyükmiqyaslı layihələrin icrasında təkidli olacaq”

XİN başçısı: “Azərbaycan böyükmiqyaslı layihələrin icrasında təkidli olacaq”

"Azərbaycan hələ torpaqlarının bir hissəsi işğal altında olan zamanda həm ölkə daxilində, həm də xaricdə daha geniş coğrafiyanı əhatə edən böyükmiqyaslı regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olub”.

Aktual.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni yaranan imkanları da nəzərdən keçirir: "Azərbaycan yenə də böyükmiqyaslı layihələrə start verib və onların icrasında çox təkidli olacaq”.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR