XİN: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü istiqamətində iş aparılır"

XİN:

"Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib".

Bunu Aktual.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumata münasibəti bildirərək deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının belə görüşlərinin təşkili istiqamətində müvafiq iş aparırlar: "Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".
 
Aktual.az
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR