Xidməti müqavilə ilə işləyənlərə xəbər var - İZAH

Xidməti müqavilə ilə işləyənlərə xəbər var - İZAH

Son zamanlar xidməti müqavilələrlə bağlı məsələ gündəmdədir. Müxtəlif versiyalar səsləndirilir. Aktual.az məsələni müvafiq qurumlarla dəqiqləşdirib. 

«Sosial sığorta haqqında» qanuna gözlənilən dəyişiklikdən biri mülki-hüquqi xarakterli müqavilə, o cümlədən xidməti müqavilə ilə işləyən şəxslərin sığorta ödənişlərilə bağlı olacaq. 
Aktual.az xəbər verir ki, əgər xidmət göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyektidirsə, sığorta ödənişi minimum əmək haqqının 25%-i qədər, yəni hazırda qüvvədə olan minimum maaş hesabı ilə 32,5 manat olacaq. Başqa sözlə, bu günə qədər ödənilən 26 manat məbləği 32,5 manata yüksələcək. 
Vergi uçotunda durmadan, yəni VÖEN-i olmadan mülki-hüquqi xarakterli müqavilə əsasında xidmət göstərən şəxs gəlirinin 25 faizi qədər ödəmə mənbəyindən tutulmaqla sosial sığorta haqqı ödəyəcək. Yəni, bu məbləğ həmin şəxsin xidmət haqqından onunla müqavilə bağlayan subyekt tərəfindən tutularaq ödəniləcək. 
İndiyədək qüvvədə olan qanunda sosial sığorta ödənişləri ilə bağlı regionlar arasında fərq isə aradan qaldırılır. Yəni, harada işləməsindən asılı olmayaraq xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər. 
Bundan başqa, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, gələn ildən xidməti müqavilə ilə işləyən həmin şəxslərin xərcləri nəzərə alındıqdan sonra gəlirlərinin 75%-i güzəşt sayılmaqla qalan 25%-i 20%-lə vergiyə cəlb ediləcək. 
Bundan başqa, Vergilər Məcəlləsinə də dəyişikliklər olacaq. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, sahibkarın qazancının 75%-i güzəşt sayılmaqla qalan 25%-i 20%-lə vergiyə cəlb ediləcək. 
Dəyişikliklər 2019-cu ilin yanvarından qüvvəyə minəcək. 
Aktual.az

Xəbər 2689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR