"Xəzəryanı beşlik" liderlərinin sammiti 2017-ci ildə Astanada keçiriləcək.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Astanada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin danışıqlarının yekunları üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sammitin dəqiq tarixi daha sonra məlum olacaq.