Xəzərdə 2 balıqçı köməksiz vəziyyətdə qalıb

Xəzərdə 2 balıqçı köməksiz vəziyyətdə qalıb

 Xəzər dənizində 2 balıqçı köməksiz vəziyyətdə qalıb.

Bu barədə Aktual.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 
Əlavə məlumat veriləcək.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR