Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Kamil oğlu Bəşirov İMZA - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctima Birliyininin Cənub Regional nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Axar.az-a İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlini məlumat verib.

Qeyd edək ki, Xəyal Bəşirov Lənkəranda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. On ildən artıq hüquq müdafiəsi üzrə təcrübəyə malikdir. 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi, vəkillik fəaliyyəti ilə məşğuldur. 2017-ci ildən Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü seçilib. Türk, rus və ingilis dillərini bilir.

X.Bəşirov 2009-cu ildən başlayaraq aktiv şəkildə ictimai fəaliyyətlə məşğuldur. O, ölkənin kütləvi informasiya vasitələrində və xarici mətbuatda dövlətimizin daxili və xarici siyasətinə dair əhəmiyyətli məsələlərlə bağlı müntəzəm olaraq yazıları və müsahibələri ilə çıxışlar edir.
Xəbər 171 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR