Xətai rayonuna icra başçısı təyin edilib

Xətai rayonuna icra başçısı təyin edilib

Prezident İlham Əliyev Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki,  R.Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. O, 2013-cü ilin dekabrından Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, 13 dekabr 2018-ci ilə qədər bu vəzifəni Razim Məmmədov tuturdu. Həmin vaxtdan indiyədək Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş idi.
Xəbər 127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR