21 il öncə başlanılmış danışıqlar prosesi Moskvada keçirilən Xəzəryanı ölkələrin 7-ci görüşündə uğurla başa çatıb.
Aktual.az-ın məlumarına əsasən, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada baş tutan 7-ci görüşünün nəticəsini şərh edərkən bildirib.
X.Xələfovun sözlərinə görə, danışıqlar prosesində konvensiya layihəsinin razılaşdırılması prosesi başa çatıb.
"Bu konvensiya layihəsi Xəzəryanı dövlətlər tərəfindən bir sıra texniki prosedurları keçəndən sonra növbəti sammitdə ölkə başçılarına təqdim olunacaq", - deyə X.Xələfov qeyd edib.
Aktual.az
Xəbər 492 dəfə oxunub.