Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olub - FOTO

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olub - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşeyə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib. Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.

 
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR