Xanım mətbuat katibi vəzifəsindən ayrıldı

Xanım mətbuat katibi vəzifəsindən ayrıldı

 "Karyeramın son 2 ilini həsr etdiyim Bakı Ali Neft Məktəbi (BANM) ilə bu gündən etibarən yollarımız ayrıldı. Fərqli mühit, dinamizim, yeni dostlar, maraqlı təcrübə üçün Ali Məktəb heyətinə, tələbə və məzunlara minnətdarlığımı bildirirəm!”

Aktual.az xəbər verir ki, bunu BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi postundan ayrılan Zamirə Adilova bildirib.

O deyib ki, bir müddətlik fasilə edib dincələcək: "Bir az səhhətimdə yaranan problemlər, bir az istirahət etmək istəyi, yeni təklifləri daha rahat dəyərləndirə bilməyim üçün belə bir qərar qəbul olundu.

BANM rəhbərliyi də sağ olsun bu qərarımı hörmətlə qarşıladığı üçün rahatlıqla yeni üfüqlərə yelkən aça bilərəm”.

Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR