Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"

Xamneyi:
  • DÜNYA

Xam neft ixracından əldə edilən asan gəlir İran üçün böyük bəladır və bu köhnə problem ölkənin inkişafına zərbə vurub.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi Nazirlər Kabinetinin üzvləri ilə görüşü zamanı deyib.
Ə.Xamneyinin sözlərinə görə, xam neftdən müxtəlif məhsulların istehsalı İranın xam neft ixracına asılılıqdan xilas olmasının əsas yollarından biridir.
Ayətulla əlavə edib ki, qaz və benzin kimi məmulatlardan əlavə gələcəkdə başqa neft məhsulları da istehsal etmək mümkündür.


İranın dini lideri bildirib ki, qeyri-sanksiya şəraitində də neft bazarı, neftin qiyməti və satışa çıxarılan neftin həcminə dünyanın böyük istehlakçıları, yəni qərb ölkələri nəzarət edir.



Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR