Xaçmazda iş adamını öldürən şəxslərə hökm oxunub

Xaçmazda iş adamını öldürən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hökm oxunub. Hökmə əsasən, V. Rüstəmov 20 il, F. Axverdiyev 18 il, Q. Kərimov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR