“Wizzair” Gürcüstandan daha 7 istiqamətə birbaşa uçuşlara başlayır

“Wizzair” Gürcüstandan daha 7 istiqamətə birbaşa uçuşlara başlayır
  • DÜNYA

Macarıstanın aşağı büdcəli "Wizzair” şirkəti sentyabrın 10-dan Gürcüstanın Kutaisi şəhərindən 7 yeni istiqamət üzrə birbaşa uçuşlara başlayacaq.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, aviaşirkət Bazel, Kopenhagen, Brüssel, Tallin, Eyndxoven, Bari və Poznan şəhərlərinə mərhələli şəkildə mütəmadi uçuşlar həyata keçirəcək.
Qeyd edək ki, hazırda "Wizzair” Gürcüstandan Avropanın 21 şəhərinə birbaşa reyslər yerinə yetirir. Şirkət qonşu ölkənin Kutaisi şəhərindəki beynəlxalq hava limanında 2012-ci ildən etibarən fəaliyyət göstərir. 
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR