“Whatsapp”da əhalini təşvişə salan səs yazısı ilə bağlı rəsmi AÇIQLAMA

 “Whatsapp”da əhalini təşvişə salan səs yazısı ilə bağlı rəsmi AÇIQLAMA

"Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılıb.
 
"Qardaş, salam” deyərək, səs göndərən naməlum kişi, yaxınına "Snikers”, cipslər, "Gülüstan” şirələri, "Ancor” və "Westgold”dan başqa, duru yağ daxil heç birindən istifadə etməməyi bildirib.
 
"Çünki bu qidaların hamısından vərəm çöpləri tapılıb. Şirkət rəhbərləri özləri bir-bir mağazaları gəzir. "Azərsun” əl-ayağa düşüb. Onların Türkiyədəki nümayəndələri Azərbaycana gəlib. Çalışın 5-10 günlük qablaşdırılmış şriniyyatlar almayın, mayonezlərdən istifadə etməyin. Guya buna şayiə donu geyindirmək istəyirlər. Amma fakt bu dəqiqə qida sektoru dağlır” deyə davam edib.
 
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-ın sorğusuna cavab olaraq, bunların həqiqəti əks etdirmədiyini bildirib.
O qeyd edib ki, faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur:
 
"Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına qurum tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür”.
 
M.Piriyev deyib ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək:
 
"Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.
 
Aktual.az
Xəbər 141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR