“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir (FOTO)

“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir (FOTO)

"WhatsApp” mesenceri "Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir.
 
Aktual.az xəbər verir ki, tətbiqin yeni seçimi hazırda "beta” versiyalarındadır.

"WhatsApp”-dan verilən məlumata görə, dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi. 

Bu yeniləmə həm də profil şəklini və "Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün "Parametrlər” > "Hesab” > "Məxfilik” > "...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.
Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR