Vüsal Quliyev: Qarabağla bağlı təşəbbüslərdə QHT-lər aktiv iştirak edirlər

Vüsal Quliyev: Qarabağla bağlı təşəbbüslərdə QHT-lər aktiv iştirak edirlər

"Sevinirəm ki, Qarabağla bağlı təşəbbüslərdə QHT-lər aktiv iştirak edirlər. Bu, onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir. 10 il əvvəl isə QHT-lər bu cür layihələrlə çıxış etmirdilər".

Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini  Vüsal Quliyev Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının "Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimat mərasimində bildirib.

Sektor müdiri deyib ki, bu layihənin Qarabağla bağlı olması onun əhəmiyyətini olduqca artırır:
"Layihə ilə tanış olanda həqiqətən də onun aktuallığını başa düşdük. Çünki biz bu gün informasiya cəmiyyətində yaşayırıq. Etiraf etməliyik ki, bu gün televizora baxanların, yazılı mətbuatı izləyənlərin sayı azalır. Bu gün informasiyanı mobil cihazlarla əldə etməyə çalışırıq. Bu baxımdan mobil telefonlarda müxtəlif proqramların olması, mədəniyyət, iqtisadiyyat, sosial və digər sahələr üzrə belə əlavələrin yaradılması əhəmiyyətlidir".

V.Quliyev əlavə edib ki , bu gün bizim ən çox informasiya almalı olduğumuz məsələ Qarabağla bağlıdır.

V.Quliyevin sözlərinə görə, dünya ictimaiyyəti də bu əlavə vasitəsilə Qarabağ haqqında həqiqəti öyrənə bilər:

"Sevinirəm ki, Qarabağla bağlı təşəbbüslərdə QHT-lər aktiv iştirak edirlər. Bu, onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir. 10 il əvvəl isə QHT-lər bu cür layihələrlə çıxış etmirdilər".


V.Quliyev hesab edir ki , müxtəlif qurumlar bu cür layihələrin daha da genişlənməsinə səy göstərəcəklər:

"Bu gün xarici agentliklərdə, qəzetlərdə, saytlarda Azərbaycanla bağlı, Azərbaycana qarşı yönələn ən azı, 50-60 məlumat olur. Ancaq təəssüf ki, bizim cəmiyyətdə heç kəs onunla maraqlanmır. Çox az QHT onların cavabını verir. Mən onlara təşəkkürümü bildirirəm".

PA rəsmisi qeyd edib ki, yeni mobil əlavə bir layihə olmaqla yanaşı, QHT-lərimizə də bir çağırışdır: "Bu, QHT-lərimizə bir çağırışdır ki, onlar bu prosesə qoşulsunlar, müxtəlif təşəbbüslərlə çıxış etsinlər. Bu, eyni zamanda, donor təşkilatlar üçün də bir çağırışdır ki, onlar gələcəkdə öz müsabiqələrində bu cür proqramların yaradılması ilə bağlı məsələləri nəzərə alsınlar".

//TREND
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR