Vladimir Putin Soçidə ABŞ-ın dövlət katibi ilə görüşəcək

Vladimir Putin Soçidə ABŞ-ın dövlət katibi ilə görüşəcək

ABŞ-ın dövlət katibi Maykl Pompeo mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
M.Pompeo Rusiya prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı bütün məsələləri müzakirə edəcək.
Dövlət katibi mayın 13-də Moskvada ABŞ səfirliyinin əməkdaşları, amerikalı tələblər və amerikalı iş adamları ilə görüşəcək.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşün mayın 14-də Soçidə keçiriləcəyinə dair məlumat yayılmışdı. 
Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR