Vilayət Eyvazov işdən çıxarılan DYP rəisini daha aşağı vəzifəyə təyin etdi

Vilayət Eyvazov işdən çıxarılan DYP rəisini daha aşağı vəzifəyə təyin etdi

Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.

Aktual.az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Babək Dadaşov Zaqatala - Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.

Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.

Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR