"Vətəndaşlar niyə banka 3-4 dəfə artıq pul ödəməlidir?!"


"Bu gün ölkədə 10 minlərə vətəndaş bank kreditlərindən əziyyət çəkir. 0.78 qəpiklə götürdükləri dollar kreditini 1.70 manatla ödəyirlər. Banklar 3-4 dəfədən artıq qazanc əldə edirlər. Niyə vətəndaş əziyyətlə qazandığı pulu özəl bank sahibinə verməlidir?! 

Bu açıqlamanı Moderator.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı bildirib:

"Acıq etiraf etmək lazımdır ki, vətəndaşlar çox əziyyət çəkir. 6000-7000 dollarla kredit götürən vətəndaş banka 20000-21000 dollar qaytarmaq zorundadır. Qaytarmaq imkanı olmayan on minlərlə vətəndaşın işini məhkəmələr göndərirlər. Bunu fiziki baxımdan da məhkəmə orqanları baxmaq imkanın da deyil. Bəlkə də dünyanın heç bir ölkəsində vətəndaşından bu qədər gəlir qazanan bankı yoxdur. Şəxsən mən bu qənaətdəyəm ki, cənab Prezident İlham Əliyev apardığı köklü islahatların davamı olaraq bu məsələyə də diqqət ayıracaq. Hər zaman olduğu kimi, bu dəfə, Prezident öz VƏTƏNDAŞININ maraqlarını qoruyacaq! Nəzərinizə çatdırım ki, dollarla heç bir kredit borcum yoxdur. Və mən bundan əziyyət çəkmirəm...Gözləyək!!!”
 
Aktual.az
Xəbər 1172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR