Vətən müharibəsi şəhidi Goranboyda dəfn edildi (FOTOLAR)

Vətən müharibəsi şəhidi Goranboyda dəfn edildi (FOTOLAR)

Vətən müharibəsi şəhidi gizir ixtiyar Əliyev dəfn edilib.

"Report"un məlumatına görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.

Mərhum ailəli idi, övladı isə yoxdur.

Allah rəhmət etsin!
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR