Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Sabunçu Rayon İcra Hakimiyyətində vəzifə təyinatı olub.

Aktual.az xəbər verir ki, icra başçısı Adil Vəliyevin əmri ilə Vətən müharibəsi iştirakçısı Əlizadə Fəqan İsa oğlu Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının  "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə müdir, Dünyamalıyev Fəqan Novruz oğlu isə həmin şöbəyə böyük məsləhətçisi vəzifəsinə  təyin edilib.

Qeyd edək ki, Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, F.Əlizadə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə  "Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə, Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş F.Dünyamalıyev isə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR