Ventilyatorun səsinə görə 2500 manat cərimə edildi

Ventilyatorun səsinə görə 2500 manat cərimə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küylə bağlı şikayət daxil olub.

ETSN-dən  verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.
Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR