Venesuela ABŞ-ı ölkənin enerji sisteminə kiberhücümda ittiham edib

Venesuela ABŞ-ı ölkənin enerji sisteminə kiberhücümda ittiham edib

"Venesuelanın enerji sisteminə hücüm ABŞ-dan həyata keçirilə bilərdi".

Aktual.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Venesuelanın rabitə və mədəniyyət məsələləri üzrə vitse-prezidenti, rabitə və informasiya naziri Xorxe Rodriqes dövlət televiziyasının efirində bildirib.
"”Quri” Su Elektrik Stansiyasının avtomatik nəzarət sisteminə kiberhücum həyata keçirilib. Nəticədə stansiyanın fəaliyyəti dayandırılıb və bu da enerji təminatının dayandırılmasına gətirib çıxarıb”, - deyə X. Rodriqes qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar Venesuela BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletə şikayət ünvalayacaq.
Qeyd edək ki, qəza ilə əlaqədar Venesuelanın paytaxtı Karakas və 23 ştatdan 22-də enerji təminatı dayandırılıb. Hazırda Karakasın bəzi rayonlarında enerji təminatı bərpa edilib. Venesuela prezidenti Nikolas Maduro baş verənlərdə ABŞ-ı ittiham edib, ABŞ Dövlət Departamenti isə ittihamları rədd edib. 
 
Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR