“Vartolu Sadettin” Hollandiyaya transfer oldu (FOTO)

“Vartolu Sadettin” Hollandiyaya transfer oldu (FOTO)
  • DÜNYA

Erkan Kolçak Köstendil gənclik arzusunu reallaşdırıb. 

Qaynarinfo xəbər verir ki, qapıçı olmaq istəyən 38 yaşlı futbolçunun yeni komandaya keçidi rəsmiləşib.

Bir müddət "Bursaspor”da qapıçı olan Erkan Kolçak Köstendil dünən Hollandiya Liqası komandalarından "Amsterdam Gənclərbirliyi”nə transfer edilib.

Fotolarını "Instaqram” hesabında yayımlayan Köstendil "Yeni komanda, yeni ev və yeni ailə” qeydini yazaraq klub prezidenti Orhan Aslana, komandaya və menecerə təşəkkür edib. 

Məşhur aktyor, ehtiyat qapıçının son şansından yazdığı "12 nömrəli adam" adlı bir nəfərlik oyunu ilə böyük diqqət çəkib.

Qeyd edək ki, o, iyun ayında Baş rolu canlandırdığı "Çukur" serialının finalından sonra həyat yoldaşı Cansu Tosun və oğlu Marsel ilə birlikdə Hollandiyaya gedib. Köstendil serialda "Vartolu Sadettin” obrazını oynayıb.
Xəbər 959 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR