Vaqif Mustafayev “Space” TV-dən ayrıldı, yerinə isə...

Vaqif Mustafayev “Space” TV-dən ayrıldı, yerinə isə...

"Space" TV-nin prezidenti Vaqif Mustafayev istefa ərizəsi yazaraq kanalı tərk edib.

Aktual.az xəbər verir ki, V.Mustafayev kanala 2006-cı ildən rəhbərlik edirdi.

"Konkret.az"-ın verdiyi məlumata görə, "Space" TV-nin yeni rəhbəri Kamil Şahverdiyev təyin olunub. O, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondunun direktorudur.

Xatırladaq ki, ATV-də rəhbər vəzifədə çalışmış Həsən Abdullayev də artıq öz komandası ilə SPACE TV-də fəaliyyətə başlayıb.
Xəbər 2084 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR