Vaksin vurduranlara pul mükafatı veriləcək

Vaksin vurduranlara pul mükafatı veriləcək

ABŞ-ın Kaliforniya ştatında əhalini koronavirus əleyhinə vaksin vurdurmağa təşviq etmək üçün ümumilikdə 116,5 milyon dollar mükafat veriləcəyi açıqlanıb.

Bu günə qədər 20 milyondan çox insanın peyvənd olunduğu ştatda vaksinasiyanı sürətləndirmək üçün mer Qavin Nevsom 4 iyundan etibarən pul mükafatları verəcəklərini bildirib.

Q.Nevsom kampaniya çərçivəsində 10 nəfərə 1,5 milyon dollar, 30 nəfər 50 min dollar və 2 milyon şəxsə isə 50 dollarlıq hədiyyə kuponu təqdim edəcəklərini qeyd edib.

Sərt tədbirlərin minimuma endiriləcəyi iyun ayının ortalarına qədər əhalinin 70 faizinin vaksinasiyasını hədəfləyən mer peyvəndləməni sürətləndirmək üçün ABŞ-ın digər ştatlarından daha çox vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ohayo və Nyu York ştatlarında da vaksinasiyanı sürətləndirmək üçün müxtəlif mükafatlar verilir.//Publika.az 
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR