Uşaq bağçalarına elektron qəbul başlanılır

Uşaq bağçalarına elektron qəbul başlanılır

Paytaxtın məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb.

Bu barədə Aktual.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib
Bildirilib ki, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.
Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.
Hazırkı layihənin ikinci mərhələsində istifadəçinin "Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prosesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi "Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcəkdir. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prosesinə nəzarət edə bilərlər.
Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilib.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR