Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölüb

Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölüb

Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.

"Report” UNİAN-a istinadən xəbər verir ki, məlumatı Çerniqov Vilayət Administrasiyasının Mətbuat Xidməti yayıb.

Bildirilib ki, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.

Məlumata görə, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR