Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA

Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidentliyə namizədlər Vladimir Zelenski ilə Pyotr Poroşenkonun mərkəzi "Olimpiya” stadionunda debatını şərh edib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi debatın stadionda keçirilməsini "tamaşa” adlandırıb.
"Studiyada müzakirələri daha düzgün keçirmək, proqramı və öz komandasını təqdim etmək olar”, - Jirinovski qeyd edib.
Onun fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, Poroşenkoda təhlükəsizlik qurumları tərəfindən dəstək nəticəsində prezident seçkilərində qələbə üçün bütün imkanlar var.
"Zelenski daha 5 il oxuyacaq. Ukraynanın bölünməsi indiki böhranı həll etməyin tək üsuludur. Poroşenko buna daha sürətli gətirib çıxaracaq”, - partiya lideri əlavə edib.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR