Ukraynanın bir neçə vilayətinə zərbələr endirildi

Ukraynanın bir neçə vilayətinə zərbələr endirildi

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları həyata keçirib.
Aktual.az xəbər verir ki, Kiyev, Vinnitsa, Sum, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsasən infrastruktura zərər dəyib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 "Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahid" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.
Xəbər 188 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR