Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması proseduruna başlanılıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Çentsov Twitter səhifəsində yazıb.
"Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim etdim”, - Çentsov bildirib.
O əlavə edib ki, müraciət qeydə alınıb.
Xəbər 434 dəfə oxunub.