Ukraynalıların soyqırımının erməni ideoloqu - Cinayət işi açıldı

Ukraynalıların soyqırımının erməni ideoloqu - Cinayət işi açıldı

Ukraynanın Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti tərəfindən Rusiya hakimiyyətini Ukraynada qondarma "denasifikasiyası” həyata keçirməyə çağırış etdiyinə görə erməni əsilli rusiyalı jurnalist və publisist Armen Qasparyana ittiham irəli sürülüb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə aprelin 12-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Publisist soyqırıma açıq çağırışlarda, habelə bu cür çağırışlara dair materialların hazırlanmasında və yayılmasında (Ukrayna Cinayət Məcəlləsinin 442-ci maddəsinin 2-ci hissəsi) şübhəli bilinir. Qeyd olunur ki, Ukraynada bu maddə üzrə ilk dəfə ittiham irəli sürülüb.
 
"İstintaqın məlumatına görə, şübhəli şəxs "Ukraynanın denasifikasiyası. Öyrənilməmiş dərslər ölkəsi” kitabının müəllifi olaraq əsərində sistematik şəkildə Ukrayna dövlətinin aşağılamasına, Ukrayna xalqının alçaldılmasına və ikinci dərəcəli olmasına dair fikirlər irəli sürüb.  Müəllif, Rusiya Federasiyasının rəhbərliyinə Ukraynada denasifikasiyası, o cümlədən onun ərazisində hərbi əməliyyatlar həyata keçirilməsi və tam kənar nəzarətin təmin edilməsi çağırışlarını edib”, deyə məlumatda bildirilir. (kitab 2018-ci ildə nəşr edilib)
 

 
Baş Prokurorluğun məlumatına görə, kitabın müəllifi Ukrayna xalqının "DXR” və "LXR” qondarma respublikalarının sərhədlərindən başlayaraq, daha sonra bütün Ukrayna ərazisində "denasifikasiya”nın həyata keçirilməsi zəruriliyini bəyan edib.
 
"Onun ideyaları arasında ukraynalılar üçün filtrasiya və konsentrasiya düşərgələri və hətta onların tamamilə məhv edilməsi var. "Ukraynanın denazifikasiyası. Öyrənilməmiş dərslər ölkəsi" kitabındakı fikirlər Rusiya Federasiyasının ali siyasi və hərbi rəhbərliyi tərəfindən Ukraynaya qarşı hərbi təcavüzə haqq qazandırmaq üçün dəfələrlə istifadə edilib. Onun öyrənilməsi və məmurlar tərəfindən istifadə edilməsi məqsədilə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsi tərəfindən həmin kitabın nüsxələri satın alınıb”, deyə Baş Prokurorluğun məlumatında qeyd edilir.
 
Cinayət işi üzrə istintaq Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən aparılır. 

Qeyd edək ki, nasizm ideoloqu Armen Qasparyan Rusiyanın 20-ci əsr tarixinə dair bir neçə kitabı müəllifi və Rusiya məktəblərinin 10-cu sinifləri üçün nəzərdə tutulan Rusiya tarixi dərsliyinin həmmüəllifidir. 
 
23 mart 2015-ci il tarixdən Moldovanın, 2 avqust 2017-ci il tarixdən Ukraynanın və 15 mart 2022-ci il tarixdən Avropa İttifaqı, Böyük Britaniya və İsveşrənin qara siyahısına daxil edilib

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR