Ukraynada yaralanan azərbaycanlıdan xəbər var

Ukraynada yaralanan azərbaycanlıdan xəbər var

Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası aldığına görə Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanmış və burada davam etdirilmişdir.

Bu barədə "Report"a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğunun Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün, və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyyə edilib.

Qeyd edək ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olmuşdur.

Qeyd etmək istərdik ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.
Xəbər 1042 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR