Ukraynada silah anbarında partlayışlar baş verib

Ukraynada silah anbarında partlayışlar baş verib
  • DÜNYA

Ukrayna Müdafiə Nazirliyinin Vinnitska vilayətinin Kalinovka şəhərində yerləşən silah anbarında partlayışlar baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış bu gün saat 11:30 radələrində qeydə alınıb. Partlamamış hərbi sursatların təkrar emal üçün saxlanıldığı ərazinin yaxınlığında tüstülənmə qeydə alınıb və bundan sonra ard-arda altı dəfə partlayış baş verib.
İlkin məlumata görə, 2 hektar ərazidə quru otun yanması səbəbindən partlayışların baş verdiyi bildirilir.
Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Hərbçilərin və yerli əhalinin həyatına hər hansı təhlükə yoxdur.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında Kalinovkada 83 min ton döyüş sursatının, o cümlədən "Smerç”, "Uraqan” və "Qrad” raketlərinin saxlanıldığı anbarda yanğın baş verib.


Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR