Ukraynada koronavirusa yoluxmada daha bir rekord qeydə alındı

Ukraynada koronavirusa yoluxmada daha bir rekord qeydə alındı
  • DÜNYA

Ukraynada ötən 24 saat ərzində 15 331nəfərin koronavirusa yoluxduğu qeydə alınıb ki, bu da epidemiya dövrünün ən yüksək göstəricisidir.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Maksim Stepanov feysbuk səhifəsindən məlumat paylaşıb.
Bundan əvvəlki rekord hədd olan 14 575yoluxma noyabrın 20-da qeydə alınmışdı.
Ümumiyyətlə, koronavirus epidemiyası dövründə Ukraynada 677 189 nəfər yoluxub ki, bunların 11 717 nəfəri ölüb, 317 395 nəfəri də sağalıb.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR